Qazaxıstan "Avroviziya" ilə bağlı xəbəri təkzib etdi

Qazaxıstan "Avroviziya" ilə bağlı xəbəri təkzib etdi Dünya

Qazaxıstanın dövlət televiziya və radio şirkəti “Xabar” “Avroviziya-2027” mahnı müsabiqəsində iştirak etmək üçün ərizə təqdim etməyib.

News24.az xəbər verir ki, bu barədə şirkətdən “RİA Novosti”-yə bildirilib.

“Bu məlumatlar qətiyyən həqiqətə uyğun deyil”, – deyə qeyd edilib.

Televiziya və radio şirkətinin nümayəndələri vurğulayıblar ki, bu məsələ ilə bağlı heç bir danışıqlar aparılmır və milli seçim turunun keçirilməsi də planlaşdırılmır.

Qeyd edək ki, sentyabrın 11-də Avropa Yayım Birliyinin (EBU) Qazaxıstanın “Xabar” agentliyinə tamhüquqlu üzvlük verməkdən imtina etdiyi barədə məlumat yayılıb.

Məlumat üçün bildirək ki, növbəti “Avroviziya” mahnı müsabiqəsi 2027-ci ilin mayında Bolqarıstanın Burqas şəhərində keçiriləcək.

Müsabiqənin yarımfinalları 11 və 13 may, finalı isə 15 may 2027-ci ildə baş tutacaq.