Qazaxıstan İranın zənginləşdirilmiş uranını qəbul etməyə hazıdır
Dünya
Qazaxıstan Tehran və Vaşinqton arasında nüvə proqramı ilə bağlı razılıq əldə ediləcəyi təqdirdə İranın zənginləşdirilmiş uranını qəbul etməyə hazır olduğunu bəyan edib.
News24.az xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossi açıqlama verib.
O bildirib ki, MAQATE-nin Qazaxıstanda Aşağı Zənginləşdirilmiş Uran Bankı fəaliyyət göstərdiyindən, İran uranının təhlükəsiz şəkildə yerləşdirilə biləcəyi bir məkan mövcuddur.
Qrossi həm ABŞ-nin, həm də İranın hazırda güzəştlərə getməyə və razılaşma əldə etməyə hazır olduqları qənaətində olduğunu bildirib.
Qeyd edək ki, İran ərazisindən zənginləşdirilmiş uranın çıxarılması məsələsi Tehran və Vaşinqton arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı aparılan danışıqlarda əsas mövzulardan biridir. / Financial Times/