Qəbri qazan ayı cəsədləri oğurlayır
Dünya
Maqadanda qəbiristanlığı ziyarət edən bir ailə ayı tərəfindən qazılmış məzar aşkar edib.
News24.az xəbər verir ki, qohumlarının məzarına gələn ailə səliqəli hasar və döşəmə əvəzinə qırıq hasar və qazılmış torpaq tapıblar. Qohumlarının cəsədi məzarda olmadığı üçün ailə axtarışa başlayıb.
Nəticədə qəbiristanlıqdan 300 metr aralıda təxminən on kəllə və sümük tapıblar.
Əraziyə baxış keçirildikdən sonra məzarın yaxınlığında və qəbiristanlıq boyunca çox böyük bir ayının izlərinin olduğu aşkar edilib.
Ailə polis və meriya ilə əlaqə saxlayıb. Onlar yırtıcının bir neçə ildir ki, bu cür davrandığını düşünürlər.