Qəhvədən asfalt çəkdilər - İnanılmaz hadisə

Qəhvədən asfalt çəkdilər - İnanılmaz hadisə Dünya

Avstraliyada qəhvə tullantılarından yol tikintisində istifadə edilən beton hazırlanıb.

News24.az xəbər verir ki, layihə çərçivəsində təxminən 140 min fincan qəhvədən əldə olunan qəhvə tullantıları toplanaraq emal edilib. Nəticədə təxminən 5 ton qəhvə tullantısı əldə olunub.

Hazırlanan material daha sonra yol tikintisində istifadə edilən beton qarışığına əlavə edilib. Bununla qəhvə tullantılarının birbaşa zibilxanaya göndərilməsi əvəzinə tikinti materialı kimi təkrar istifadəsi təmin olunub.

Mütəxəssislər bu üsulun həm tullantıların azaldılmasına, həm də tikinti sahəsində daha dayanıqlı materiallardan istifadəyə töhfə verəcəyini bildirirlər.

Layıhə çərçivəsində səki daşlarının istehsalında təkcə qəhvə üyüdülməsindən deyil, həm də emal olunmuş qəhvə atıqlarından istifadə edilib. Bu material beton qarışığındakı qumun müəyyən bir hissəsini əvəz edərək digər komponentlərlə birlikdə səki tikintisində tətbiq olunub.

Səkilərin tikintisi zamanı betonun tərkibi dəyişdirilərək qəhvə alternativ xammal kimi nəzərdən keçirilib. Adətən beton qarışığında istifadə olunan qumun müəyyən hissəsi emal edilmiş kahve üyüdülməsi ilə əvəzlənib.