Qərb ölkələri səfirliklərini Kiyevdən köçürür?
Dünya
Qərb ölkələri Kiyevdə təhlükəsizlik vəziyyətinin pisləşəcəyi təqdirdə, səfirliklərini şəhərdən köçürmək üçün ehtiyat planlar hazırlayıblar.
News24.az xəbər verir ki, bu barədə “The Guardian” iki diplomatik mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, diplomatik nümayəndəliklərin Lvova və ya Polşanın şərqinə köçürülməsi nəzərdən keçirilir.
Mənbələrdən biri vəziyyətin sürətlə pisləşdiyini bildirib.
Qeyd edək ki, Kiyev meri Vitali Kliçko şəhərdə vəziyyətin “çox gərgin” olduğunu açıqlayıb.