Qərbi Nil virusundan ölənlərin sayı 9 -a çatdı
Dünya
Niderlandda bu il Qərbi Nil virusuna 56 nəfər yoluxub, onlardan 9-u ölüb.
News24.az xəbər verir ki, bunu Niderland Milli İctimai Səhiyyə və Ətraf Mühit İnstitutu (RIVM) açıqlayıb.
Məlumata görə, son yeniləmədən sonra 12 yeni yoluxma və 4 ölüm halı qeydə alınıb.
Yoluxmaların 32-si Cənubi Hollandiyada, 12-si Utrextdə, 5-i Şimali Hollandiyada, 4-ü Şimali Brabantda, 2-si Gelderlandda, 1-i isə Overijsseldə aşkarlanıb.