Qətər İrana 12 milyard dollar ayırmaqdan imtina etdi
Dünya
İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf başda olmaqla yüksək səviyyəli İran nümayəndə heyətinin Dohaya səfəri Tehran üçün diplomatik uğursuzluqla nəticələnib.
News24.az xəbər verir ki, bu barədə “Iran International” məlumatlı mənbəyə istinadən yazıb.
Məlumata görə, İran ABŞ ilə ilkin memorandum imzalandıqdan sonra 12 milyard dollar nağd vəsaitin dərhal və heç bir şərt olmadan azad edilməsini tələb edib. Lakin Qətər tərəfi bu tələbi rədd edib.
Mənbələrin sözlərinə görə, Doha yalnız məbləğin bir hissəsini məhdud şərtlər daxilində verməyə razılaşıb.
Nəticədə İran vəsaitlərə birbaşa çıxış əldə edə bilməyib.
Tərəflər həmçinin Vaşinqtonla gələcəkdəki dialoqu çətinləşdirməmək üçün danışıqların təfərrüatlarını açıqlamamaq barədə razılığa gəliblər.