Qətllər sifariş edən milyarder Süleymanovla bağlı istintaq başa çatdı
Dünya
Qətllərin təşkilində ittiham olunan milyarder İbrahim Süleymanovun cinayət işi üzrə istintaq başa çatıb.
News24.az xəbər verir ki, bu barədə “RİA Novosti”-yə məlumatlı mənbə bildirib.
Mənbənin sözlərinə görə, iş üzrə təqsirləndirilən şəxslərə ibtidai istintaqın başa çatdığı barədə məlumat verilib. Gələn həftədən etibarən onlar cinayət işinin materialları ilə tanış olmağa başlayacaqlar.
Qeyd edək ki, aprelin 16-da Süleymanovun iki qətlin və bir qətl cəhdinin təşkili ilə bağlı cinayət işi üzrə ittihamlarının ağırlaşdırıldığı bildirilmişdi. İstintaq sahibkara qarşı cinayətkar birliyin təşkili ittihamını da irəli sürüb.
İbrahim Süleymanov ötən il oktyabrın 2-nə keçən gecə Moskvada saxlanılıb.
Ertəsi gün Moskvanın Basmannı Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
Milyarder, xüsusilə, 2004-cü ildə sifarişli qətlin təşkilində şübhəli bilinir.
İstintaqın versiyasına görə, Süleymanov paytaxt hava limanlarının müflisləşməsi məsələləri ilə məşğul olan Georgi Talın qətlə yetirilməsini sifariş edib.
Məlumata görə, Tala Moskvanın mərkəzində atəş açılıb. O, xəstəxanaya yerləşdirilsə də, aldığı xəsarətlərdən bir neçə saat sonra reanimasiya şöbəsində vəfat edib.
Süleymanov ona qarşı irəli sürülən ittihamlar üzrə təqsirini qəbul etmir.