Qeyri-qanuni miqrantları daşıyan 2 qayıq batıb
Dünya
Tunis sahillərində qeyri-qanuni miqrantları Avropaya daşıyan 2 qayığın batması nəticəsində itkin düşmüş insanlardan 27-sinin cəsədləri sudan çıxarılıb. 25 nəfər isə xilas edilib.
News24.az Tunisin “Cumhuriyyə” qəzetinə istinadla xəbər verir ki, Mülki müdafiə regional idarəsinin rəhbəri Ziyad əz-Zideyri qayıqların Kerkenna adası yaxınlığında batdığını bildirib. Zideyri əlavə edib ki, itkin düşənlərin axtarışı davam edir.