Qəzaya uğrayan F-16 ilə bağlı şok görüntülər: Havada nə baş verib?
Dünya
Balıkəsirdə baş verən və hava pilotu mayor İbrahim Bolatın həlak olduğu F-16 qəzasına dair yeni görüntülər yayımlanıb.
News24.az xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi Balıkəsirdəki 9-cu Əsas Reaktiv Bazasından havaya qalxdıqdan sonra İzmir–İstanbul magistral yolu yaxınlığında qəzaya uğrayıb.
Yayılan kadrlarda təyyarənin yerə çırpılmadan əvvəl havada iki dəfə partladığı, daha sonra alov topuna çevrildiyi görünür. Qəza nəticəsində magistral yolda nəqliyyat müvəqqəti dayandırılıb. Səhər saatlarında çəkilən görüntülərdə isə yol örtüyündə yaranmış krater diqqət çəkib.
Hadisə ilə bağlı araşdırmalar davam edir. (Haberler)