Qəzaya uğrayan təyyarədə neçə nəfər olub?
Dünya
Bir neçə saat əvvəl Azərbaycanla Gürcüstan sərhədində qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi yük təyyarəsində ekipaj üzvləri ilə birlikdə 20 nəfər olub.
News24.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, ərazidə axtarış-xilasetmə işləri davam edir.