Qəzza iki yerə bölünür? – Beynəlxalq vasitəçilərdən şok proqnoz

Qəzza iki yerə bölünür? – Beynəlxalq vasitəçilərdən şok proqnoz Dünya

Qəzza sektoru İsrail və HƏMAS qruplaşması arasında bölünmüş vəziyyətdə qala bilər.

News24.az “Kommersant”a istinadla xəbər verir ki, bu barədə beynəlxalq vasitəçilər xəbərdarlıq ediblər. Onlar Qəzza münaqişəsinin ikinci mərhələyə keçidi ilə bağlı danışıqlarda iştirak edirlər.

Məlumata görə, HƏMAS üzvləri 2023-cü il 7 oktyabrda girov götürülən son dörd nəfərin meyitlərini İsrailə təhvil verdikdən sonra tərəflər ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi sülh planının növbəti mərhələsinə keçməlidirlər.

Lakin bu planın həyata keçirilməsi bir sıra ciddi çətinliklərlə üzləşib. Əsas problemlərdən biri – beynəlxalq sabitləşdirmə qüvvələrinin (MSS) yaradılmasıdır. Bu qüvvələr bölgədə atəşkəs rejiminə nəzarət etməli, həmçinin İsrail ordusunun gələcəkdə Qəzzadakı mövcudluğu və anklavda siyasi hakimiyyətin qurulması məsələlərinə cavabdeh olmalıdır.

Ekspertlər hesab edir ki, bu plan uğursuz olarsa, Qəzza uzun müddət İsrailin və HƏMAS-ın təsir zonalarına bölünmüş şəkildə qala bilər.