Qəzza üçün İstanbulda toplandılar

Qəzza üçün İstanbulda toplandılar Dünya

İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə Qəzzayla bağlı görüş keçirilib.

News24.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Görüşdə İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Qətərin xarici işlər nazirləri və nümayəndələr iştirak ediblər.

Toplantıdan əvvəl Hakan Fidan nümayəndələrlə birgə xatirə fotosu çəkdirib. Ardınca iclasa başlanılıb. Qəzzada atəşkəsin son vəziyyəti və humanitar vəziyyət müzakirə edilib.