Qəzzada faciə davam edir: Ölənlərin sayı 70 mini keçdi
Dünya
Qəzza zolağında son 24 saatda xəstəxanalara 1 nəfərin cəsədi və 6 yaralı gətirilib. Beləliklə, 7 oktyabr 2023-cü ildən bəri ümumi ölənlərin sayı 70 366 nəfərə, yaralıların sayı isə 171 064 nəfərə çatıb.
News24.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, atəşkəs qüvvədə olsa da, İsrailin pozuntuları və intensiv axtarış əməliyyatları davam edir. Atəşkəsin başladığı 10 oktyabrdan bəri 377 nəfər həlak olub, 987 nəfər yaralanıb, dağıntılar altından isə 626 nəfər xilas edilib.
Qəzzada humanitar vəziyyətin kritik olaraq qaldığı vurğulanıb.