Qəzzada ölənlərin sayı 73 min nəfəri ötdü
Dünya
2023-cü ilin oktyabrından bəri İsrailin hücumları nəticəsində Qəzzada ölən insanların sayı açıqlanıb.
News24.az xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 4 nəfərin meyiti və 1 yaralı gətirilib.
Məlumata görə, 2025-ci il oktyabrın 10-da qüvvəyə minmiş atəşkəsdən sonra İsrailin hücumları nəticəsində 1 254 nəfər həlak olub, 4 121 nəfər yaralanıb. Dağıntılar altından isə 804 nəfərin cəsədi çıxarılıb.
Qeyd olunub ki, 2023-cü ilin oktyabrından bəri İsrailin Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində həlak olanların ümumi sayı 73 381 nəfərə, yaralananların sayı isə 174 231 nəfərə çatıb.
Həmçinin bildirilib ki, Qəzza zolağında dağıntılar altında hələ də minlərlə insanın cəsədi qalıb.