Qəzzada vəziyyət dəyişmir – yardımlar anklava niyə çatmır?

Qəzzada vəziyyət dəyişmir – yardımlar anklava niyə çatmır? Dünya

Atəşkəs elan olunmasından demək olar ki, dörd həftə keçməsinə baxmayaraq, Qəzzaya hələ də çox az humanitar yardım daxil olur. Beynəlxalq yardım təşkilatları bildirir ki, qış yaxınlaşır, aclıq davam edir, iki il davam edən müharibədən sonra sonra isə köhnə çadırlar artıq dağılmağa başlayıb.

News24.azReuters”ə istinadla xəbər verir ki, atəşkəsin məqsədi uzun müddətdir mühasirədə olan bölgəyə genişmiqyaslı yardımın çatdırılmasını təmin etmək idi, lakin Qəzzada vəziyyət hələ də kritik olaraq qalır.

BMT-nin Dünya Ərzaq Proqramının (WFP) məlumatına görə, hazırda bölgəyə yalnız ehtiyac duyulan ərzağın yarısı qədər yardım çatdırılır. İsrail tərəfi atəşkəs razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirdiyini bildirir. Razılaşmaya əsasən, gündə orta hesabla 600 yardım maşınının Qəzzaya daxil olması nəzərdə tutulub. İsrail ərzaq çatışmazlığında HƏMAS-ı günahlandırır və onların yardımı paylanmadan ələ keçirdiyini iddia edir. HƏMAS isə bu ittihamları təkzib edir.

Qəzzanın HƏMAS tərəfindən idarə olunan yerli administrasiyası isə bildirir ki, İsrailin qoyduğu məhdudiyyətlərə görə çox sayda yük maşını hədəf ünvanlara çatmır və gündəlik təxminən 145 maşın yardım gətirə bilir.