Qəzzadakı dağıntılar peykdən belə görüntüləndi

Qəzzadakı dağıntılar peykdən belə görüntüləndi Dünya

Qəzzada İsrailin hücumları nəticəsində yaranan genişmiqyaslı dağıntılar yenilənmiş peyk görüntülərində əks olunub.

News24.az xəbər verir ki, Google Maps-də yayımlanan görüntülərdə əvvəllər yaşayış binaları və infrastrukturun yerləşdiyi ərazilərin böyük hissəsinin dağıldığı görünür.

Görüntülərə əsasən, Qəzza zolağının müxtəlif bölgələrində minlərlə bina dağıdılıb, bəzi yaşayış məhəllələri isə tamamilə xarabalığa çevrilib.

Qəzzanın cənubundakı Rəfah şəhərində də genişmiqyaslı dağıntılar qeydə alınıb. 2023-cü ilin oktyabrında şəhərdə 270 mindən çox fələstinlinin yaşadığı bildirilirdi.

Qəzza şəhərində də dağıntıların miqyası peyk görüntülərində aydın görünür. İnfrastrukturun böyük hissəsinin məhv edilməsi nəticəsində minlərlə fələstinli çadırlarda yaşamaq məcburiyyətində qalıb.