Qəzzadan dəhşətli statistika: 70 min insan…
Dünya
Qəzza zolağında İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 70 mini keçib.
News24.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasına görə, cümə axşamından bəri siyahıya daha 301 nəfər əlavə edilib və ümumi rəqəm 70100-ə çatıb. Bildirilir ki, iki nəfər son hava hücumlarında həlak olub, digərləri isə uzun müddətdir dağıntılar altında qalan qalıqların identifikasiyası nəticəsində rəqəmə daxil edilib.
İsrail rəsmiləri Qəzzadan yayılan statistikaların doğruluğuna şübhə etdiklərini, HƏMAS administrasiyasını rəqəmləri şişirtməkdə ittiham etdiklərini bildirir. Hərəkat isə bu ittihamları qəti şəkildə inkar edir.
Qeyd edək ki, oktyabrın 10-da əldə olunan kövrək atəşkəsdən sonra dağıntılar altında qalan cəsədlərin çıxarılması intensivləşdiyi üçün rəsmi statistika yavaş-yavaş artmaqda davam edir.