Qırğızıstanda prezidentliyə namizədlərin sayı 10-na çatdı

Qırğızıstanda prezidentliyə namizədlərin sayı 10-na çatdı Dünya

Qırğızıstanda prezidentliyə namizədlərin sayı 10-a çatıb.

News24.az xəbər verir ki, bu barədə Qırğızıstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, Mambetjunus Abılov ölkənin Mərkəzi Seçki Komissiyasına prezidentliyə namizədliyini irəli sürmək niyyəti barədə müraciət edib.

Mambetjunus Abılov daha əvvəl Mərkəzi Seçki Komissiyasının sədri, Fövqəladə Hallar Nazirliyinin rəhbəri və Qırğızıstanın Türkiyədəki səfiri vəzifələrində çalışıb.

Qeyd edək ki, Qırğızıstanda prezident seçkiləri 2027-ci il yanvarın 27-nə təyin edilib. Namizədlərin irəli sürülməsi prosesi noyabrın 13-də başa çatacaq. Bundan sonra onların qeydiyyatı başlayacaq.

Qeydiyyatdan keçmək üçün namizədlər ən azı 30 min seçici imzası toplamalı və 1 milyon som (təxminən 11,4 min dollar) məbləğində seçki depoziti ödəməlidirlər.