Qitələrarası ballistik raket hazırlamaq üçün Xameneiyə müraciət edildi
Dünya
İranlı qanunvericilər ölkənin Ali dini lideri Müctəba Xameneiyə müraciət edərək qitələrarası ballistik raketlərin hazırlanmasına razılıq verilməsini xahiş ediblər.
News24.az xəbər verir ki, bu barədə İranın “Asriran” qəzeti məlumat yayıb.
Məlumata görə, müraciətin altına 85 qanunverici imza atıb.
Onlar ABŞ-nin Tehranla sülh yolu ilə münaqişənin tənzimlənməsi üzrə danışıqlarda tutduğu mövqeyə qarşı skeptik münasibət bildiriblər.
İsrailin “The Jerusalem Post” qəzeti qeyd edib ki, ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bu məktubu ABŞ-yə çata bilən raketlərin yaradılmasına çağırış kimi qiymətləndiriblər.
İsrailin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Yaakov Amidror həmin nəşrə bildirib ki, Vaşinqtonla danışıqlar nəticəsində yaranacaq istənilən müsbət iqtisadi şərait Tehrana belə layihələrin inkişafı üçün lazım olan resursları verə bilər.
Məktubu həmçinin İranın sərt xətt tərəfdarı olan bir neçə siyasətçi, o cümlədən, ABŞ ilə danışıqlara qarşı çıxan keçmiş xarici işlər naziri Manuçehr Mottaki də imzalayıb.