Qızdırma can almağa davam edir: Ölənlərin sayı 214-ə çatdı - Bu ölkədə
Dünya
Nigeriyada Lassa qızdırması səbəbindən ölənlərin sayı 214-ə çatıb.
News24.az xəbər verir ki, ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, xəstəlik 23 ştatda yayılıb. Yoluxmaların böyük hissəsi isə 5 ştatın payına düşür.
Bildirilib ki, Lassa qızdırmasından ölüm nisbəti ötən illə müqayisədə artaraq 25 faizə yüksəlib.