Saç kəsimini bəyənməyən müştəri ustanı döyüb xəstəxanalıq etdi - HADİSƏ ANI

Saç kəsimini bəyənməyən müştəri ustanı döyüb xəstəxanalıq etdi - HADİSƏ ANI Dünya

Türkiyənin Kahramanmaraş vilayətində qadın bərbərxanada işçilərlə mübahisə edib.

News24.az xəbər verir ki, o, qızının saçını kəsdirmək üçün salona gəlib. O, iş yekunlaşdıqdan sonra saç kəsimini bəyənmədiyini deyib və bərbərxanada hsy-küy salıb.

Daha sonra o, bu haqda həyat yoldaşına xəbər verib. Az sonra qadının yaxınları salona gəliblər. Nəticədə mübahisə davaya çevrilib. Qadınlar

salonun sahibi Duyğu Merti döyüblər və o, aldığı xəsarətlər üzündən xəstəxanaya yerləşdirilib. Bütün bunlar qadının uşağının gözü qarşısında baş verib.

İnsidentdən sonra Mert polisə şikayət edib. O, özünün döyüldüyünü, həm də salondakı bəzi əşyaların zədələndiyini bildirib. Hadisənin anları salonun təhlükəsizlik kameralarına da düşüb.

Saç kəsimini bəyənməyən müştəri ustanı döyüb xəstəxanalıq etdi - HADİSƏ ANI Saç kəsimini bəyənməyən müştəri ustanı döyüb xəstəxanalıq etdi - HADİSƏ ANI