Putin Qod Nisanovu "Aleksandr Nevski" ordeni ilə təltif etdi

Putin Qod Nisanovu "Aleksandr Nevski" ordeni ilə təltif etdi Dünya

Rusiyada yaşayan Azərbaycan əsilli milyarder, "Kiyevskaya Ploşad" Holdinqinin idarə heyətinin sədri Qod Nisanov "Aleksandr Nevski" ordeni ilə təltif edilib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin iyunun 28-də 454 saylı sərəncam imzalayıb.

Qeyd edək ki, Qod Nisanov buna qədər də bir sıra fəxri adlar və ordenlərlə təltif olunub.

Belə ki, o, 4 iyul 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

14 yanvar 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunub.

Qod Nisanov 1 iyun 2016-cı ildə "Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci ildə Qod Nisanov xalqlar arasında dostluğun möhkəmləndirilməsində və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib.

15 aprel 2026-cı ildə Sankt-Peterburq Qanunvericilik Məclisi tərəfindən "Sankt-Peterburqun Fəxri xeyriyyəçisi" fəxri adı ilə təltif olunub.

Nilay