Qonşuyla danışdığı üçün arvadını qəməylə vurdu

Qonşuyla danışdığı üçün arvadını qəməylə vurdu Dünya

Malayziyada kişi qonşu ilə söhbət etdiyinə görə həyat yoldaşına qəmə ilə 14 zərbə endirib.

News24.az xəbər verir ki, hadisə ştatın Kota-Marudu rayonunda baş verib.

Polisin məlumatına görə, 49 yaşlı İndoneziya vətəndaşı evinin yaxınlığında arvadının yad kişi ilə söhbət etdiyi görüb. Qısqanclıqdan gözü dönən kişi arvadına hücum edib.

İstintaq müəyyən edib ki, o, əvvəlcə arvadından söhbəti dayandırmağı tələb edib. Qadın imtina etdikdən sonra isə o, qəmə ilə ilə həyat yoldaşına 14 zərbə vurub.

Zərərçəkən təcili xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Cinayətkar ər hadisə yerindən qaçıb. Polis onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Məlumata görə, 19 ildir evli olan cütlüyün altı övladı var.