Qonşu ölkədə təyyarə qəzası - Göyərtəsində 7 nəfər olub

Qonşu ölkədə təyyarə qəzası - Göyərtəsində 7 nəfər olub Dünya

Rusiyanın İvanovo vilayətində göyərtəsində yeddi nəfərin olduğu An-22 tipli təyyarə qəzaya düşüb.

News24.az xəbər verir ki, ilkin məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub və axtarış-xilasetmə tədbirlərinə başlanılıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.