Qonşu ölkədə zəlzələ oldu

Qonşu ölkədə zəlzələ oldu Dünya

Bu gün İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində Rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, Həftkel və İze şəhərləri ətrafında qeydə alınan zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin əyalətin müxtəlif ərazilərində hiss edildiyi bildirilib.

Hazırda təbiət hadisəsi nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.

Qeyd edək ki, bu gün Türkiyənin Qaziantep şəhərində 4,5 bal gücündə zəlzələ baş verib.