Qonşuları yatmağa qoymadı - həbs olundu

Qonşuları yatmağa qoymadı - həbs olundu Dünya

Yaponiyanın Kioto şəhərində 61 yaşlı musiqiçi qonşularının yüksək səsdən şikayət etməsindən sonra həbs edilib.

News24.az xəbər verir ki, bu barədə “The Japan Times” məlumat yayıb.

Məlumata görə, Kadzunori Yokoi 2019-cu ildən etibarən hər gün radioda yüksək səslə hard-rok musiqisi səsləndirib.

Nəticədə məhəllədə səs-küyün səviyyəsi 80 desibeli keçib ki, bu da hərəkətdə olan qatarın yaratdığı səsə bərabərdir.

Yaşları 60-80 arasında olan dörd qonşu davamlı səs-küy səbəbindən yuxusuzluq, depressiya və tinnitusdan (qulaqlarda davamlı cingilti) əziyyət çəkdiklərini bildiriblər.

Hakimiyyət orqanlarının dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Yokoi səs-küy yaratmaqda davam edib.

Nəticədə o, qonşuların sağlamlığına zərər vurmaq ittihamı ilə həbs olunub.

Musiqiçinin evində aparılan axtarış zamanı polis 40-dan çox gitara, səsgücləndiricilər və digər audio avadanlıqları götürüb.

Yokoi səs-küy yaratdığını etiraf etsə də, qonşuların sağlamlığına zərər vurduğu barədə ittihamı rədd edib.

Onu hansı cəzanın gözlədiyi isə açıqlanmayıb.