Qremlə vida mərasimi keçirildi, Tramp da çıxış etdi – FOTOLAR/YENİLƏNDİ
Dünya
Senator Lindsi Qremlə vida mərasimi başa çatıb.
News24.az xəbər verir ki, mərasim təxminən 2 saat davam edib.
***22:50
ABŞ Prezidenti Donald Tramp senator Lindsi Qremlə vida mərasimində çıxış edib.
News24.az xəbər verir ki, Ağ Ev rəhbəri Lindsi Qremin insan kimi müsbət keyfiyyətlərini sadalayıb, həyat və fəaliyyətindən bəsh edib.
"Bu gün biz dərin minnətdarlıq və böyük kədər hissi ilə sevimli dostumuzu, qayğıkeş qardaşımızı, hörmətli dövlət xadimini, ABŞ Senatının nəhəng simalarından birini və vaxtsız aramızdan ayrılan əsl amerikalını yad etmək üçün toplaşmışıq. 30 ildən çox müddətdə bu Kapitol binasında əhəmiyyətli heç nə Lindsi Qremin bundan xəbəri olmadan baş vermirdi", – deyə ABŞ prezidenti vurğulayıb.

***22:11
Amerikalı siyasətçi, senator Lindsi Qremlə vida mərasimi keçirilir.
News24.az xəbər verir ki, Qremin cənazəsi mərasimin keçirildiyi Vaşinqton Milli Kafedralına gətirilib.
Dünyanın bir neçə ölkəsindən nümayəndələr, o cümlədən bu gün ABŞ Prezidenti Donald Trampla görüşlər keçirən Ukrayna Prezidenti Volodimir Zelenski və İsrailin Baş naziri Benyamin Netanyahu da mərasimdə iştirak edir.
Xatırladaq ki, Lindsi Qrem iyulun 11-də 71 yaşında vəfat edib. (Reuters)