“Qremmi” nominasiyaları açıqlandı – o yenə də liderdir
Dünya
“Qremmi” mükafatına namizədlər məlum olub. Amerikalı hip-hop ifaçısı Kendrik Lamar ardıcıl ikinci il “Qremmi” mükafatına ən çox namizəd göstərilən sənətçi olub. O, bu il bir anda 9 nominasiyada irəli sürülüb. “Ən yaxşı albom” nominasiyasında o, Ledi Qaqa ilə rəqabət aparacaq.
News24.az xəbər verir ki, Qaqa altı nominasiya ilə siyahıda ikinci yeri tutub.
Namizədlər arasında həmçinin Puerto-Rikolu reper Bəd Banni və müğənni Sabrina Karpenter də yer alıb.
Mükafata “Netflix” üçün hazırlanan animasiya musiqili film – “K-pop: Şeytan ovçuları” (KPop Demon Hunters) da namizəd göstərilib.
Qalibləri ABŞ Milli Səs Yazma İncəsənəti və Elmləri Akademiyasının 15 min üzvü müəyyənləşdirəcək. Mükafatlar gələn ilin fevralında keçiriləcək mərasimdə təqdim olunacaq.