Qrenlandiyaya dair saziş sentyabrın 22-də imzalanacaq
Dünya
ABŞ, Danimarka və Qrenlandiya arasında Qrenlandiyanın təhlükəsizliyinə dair üçtərəfli saziş sentyabrın 22-də Nyu-Yorkda imzalanacaq.
News24.az xəbər verir ki, Reuters-in məlumatına görə, imzalanma mərasimi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçiriləcək. Mərasimdə ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen iştirak edəcəklər.
Razılaşma ABŞ-nin Qrenlandiyadakı hərbi imkanlarını genişləndirməyi və Arktikanın təhlükəsizliyində NATO-nun rolunu gücləndirməyi nəzərdə tutur. Danimarka və Qrenlandiya rəsmiləri sazişin Qrenlandiyanın suverenliyinə toxunmadığını bildirirlər.
Donald Tramp isə daha əvvəl razılaşmanın ABŞ-yə Qrenlandiyada daimi hərbi çıxış, baza və uçuş imkanları verəcəyini açıqlayıb. (APA)