Qulağını kəsib pullarını əlindən aldılar - SON DƏQİQƏ ‼️
Dünya
BƏƏ-nin Dubay şəhərində iki nəfər "Finiko" maliyyə piramidasının yaradıcısı Edvard Sabirova hücum edib.
News24.az Oxu.Az-a istinadən xəbər verir ki, naməlum şəxslər iş adamını döyərək 1,2 milyon dirhəm (təxminən 555 min 400 manat - red.) nağd pulunu oğurlayıblar.
Məlumata görə, iki Qazaxıstan vətəndaşı Sabirovun şəxsi villasına girərək ona və həyat yoldaşına hücum ediblər. Sabirovun döyülərək qulağının kəsildiyi bildirilir.