Ququş İran Xalqına müraciət etdi: "Vaxtı çatıb" - Video

Ququş İran Xalqına müraciət etdi: "Vaxtı çatıb" - Video Dünya

Əfsanəvi azərbaycan əsilli iranlı müğənni Ququş həmvətənlərini Pəhləvi ətrafında birləşməyə çağırıb.

News24.az xəbər verir ki, bununla bağlı görüntü sosial şəbəkə platformalarında yayılıb.

“Şahzadənin rəhbərliyi altında iranlılarla, onların silahdaşları və tərəfdarları ilə birlikdə olmağın vaxtı çatıb. İran xalqını məhv edənləri məhv etmək üçün Trampa yardım istəyi ilə müraciət etməkdə heç bir qəbahət yoxdur”, — deyə o, Los-Ancelesdə keçirilən mitinqdə çıxışı zamanı bildirib.