İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi

İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi Dünya

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İordaniyadakı Əl-Əzraq aviabazasına zərbələr endirib.

News24.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.

“SEPAH qüvvələri İordaniyanın Əl-Əzraq bölgəsində yerləşən ABŞ aviabazasına və qırıcı təyyarələrin sığınacaqlarına eyni vaxtda raket və pilotsuz uçuş aparatları ilə sarsıdıcı zərbələr endirib. Hücum nəticəsində 2 qırıcı və digər 3 müxtəlif tipli təyyarə məhv edilib, daha bir neçə hava gəmisinə isə ciddi ziyan dəyib”, - bəyanatında bildirilib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb.