İran: ABŞ bölgəni tərk etsə, Hörmüz boğazı açılacaq
Dünya
İran ordusunun sözçüsü Məhəmməd Əkrəmini ABŞ bölgəni tərk edərsə, Hörmüz boğazının açılacağını bildirib.
News24.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Əkrəmininin sözlərinə görə, ABŞ bölgədən çıxarsa, region ölkələrinin iştirakı ilə təhlükəsizlik təmin olunacaq və qlobal iqtisadiyyat yaxşılaşacaq.
İran ordusunun sözçüsü ABŞ bölgəni könüllü tərk etməyəcəyi təqdirdə onun zorla çıxarılacağını da qeyd edib.