İran ABŞ ilə heç bir danışıq aparmır - Bəqayi

İran ABŞ ilə heç bir danışıq aparmır - Bəqayi Dünya

Tehran ABŞ-nin müharibə və sülhlə bağlı qərar qəbul etməsinə imkan verməyəcək.

News24.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranda keçirdiyi mətbuat konfransında bildirib.

Bəqayinin sözlərinə görə, İran lazım gəldikdə həm diplomatik, həm də müdafiə vasitələrindən istifadə edəcək.

O, həmçinin qeyd edib ki, hazırda İranla ABŞ arasında heç bir danışıq aparılmır. Bəqayi bildirib ki, Hörmüz boğazında vəziyyət dəyişməyib və boğaz gəmilərin hərəkəti üçün bağlı qalır.

İran rəsmisi ABŞ-nin Bolqarıstanda hərbi qüvvələr yerləşdirməsini də tənqid edib və bu addımın bölgədə gərginliyi artıra biləcəyini deyib.

Bəqayi Ukraynanın Xəzər dənizində İran gəmisinə hücum etməsinə də toxunaraq bildirib ki, "Ukraynanın təhlükəli macərası cavabsız qalmayacaq".