“İran ABŞ ilə sülh sazişi imzalamağa hazırdır”
Dünya
“İran həqiqətən ABŞ ilə sülh sazişi imzalamağa hazırdır”.
News24.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, bu razılaşma ABŞ-nin maraqlarına uyğun olacaq.
“İran əslində razılaşma bağlamaq istəyir və bu, ABŞ-la, bizimlə birlikdə olanlar üçün faydalı olacaq”, — deyə Ağ Evin rəhbəri yazıb.