İran ABŞ-nin hərbi bazalarını vurdu

İran ABŞ-nin hərbi bazalarını vurdu Dünya

Tehran ABŞ-nin zərbələrinə cavab olaraq onun Yaxın Şərqdə yerləşən hərbi bazalarına hücum edib.

News24.az xəbər verir ki, bu barədə “Fars” agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.

Məlumata görə, SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarını hədəfə alıb.

Bəyanatda bildirilib ki, SEPAH-ın Hərbi Dəniz və Aerokosmik Qüvvələri birgə əməliyyat çərçivəsində pilotsuz uçuş aparatları və raketlərlə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının Bəhreyndəki Port Salman bazasında yerləşən 85 mühüm hərbi obyektinə, eləcə də Küveytdəki Əli əs-Salim Hərbi Hava Qüvvələri bazasına zərbələr endirib.