İran ABŞ təyyarədaşıyan gəmilərinin bölgədən çıxmasına reaksiya verdi

İran ABŞ təyyarədaşıyan gəmilərinin bölgədən çıxmasına reaksiya verdi Dünya

ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Gerald R. Ford" və "USS Abraham Linkoln" təyyarədaşıyan gəmiləri İrana qarşı əməliyyatda iştirak etdikdən sonra Yaxın Şərqi tərk ediblər.

News24.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi "RİA Novosti" agentliyinə bildirib.

“Hesablamalarımıza görə, təxminən 9000 amerikalı Fars körfəzini tərk edib, 14 Amerika bazası və 200-dən çox təyyarə məhv edilib. “Avraham Linkoln” təyyarədaşıyan gəmisi, eləcə də, göyərtəsində yanğın baş verdiyi iddia edilən “Gerald Ford” bölgəni tərk edib”, - deyə Əzizi bildirib.

Eyni zamanda, Əzizi baş verənləri "ABŞ-nın supergüc statusu ilə bağlı açıqlamalarının boş sözlər olduğuna dair sübut" adlandırıb.