İran danışıqların bərpası üçün ABŞ-yə beş şərt irəli sürdü

İran danışıqların bərpası üçün ABŞ-yə beş şərt irəli sürdü Dünya

İran münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların bərpası üçün ABŞ-yə beş şərt irəli sürüb.

News24.az xəbər verir ki, bu barədə "Fars" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, şərtlərə bütün cəbhələrdə, xüsusilə Livanda müharibənin dayandırılması, İran əleyhinə sanksiyaların aradan qaldırılması, dondurulmuş İran vəsaitlərinin aktivləşdirilməsi, müharibənin vurduğu zərərin kompensasiyası, İranın Hörmüz boğazı üzərində suverenliyə olan hüququnun tanınması daxildir.

"Bu şərtlərin məcmusu yalnız minimum etimad səviyyəsinin yaradılması və danışıqlar prosesinə qayıdış üçün müəyyən edilib", - mənbə qeyd edib.

Atəşkəsdən sonra Ərəbistan dənizi və Oman körfəzində İranın blokadasının davam etdirilməsinin ABŞ ilə danışıqlara etimadsızlığı daha da artırdığı barədə məlumat da vasitəçi qismində Pakistana ötürülüb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub. (Report)