İran hərbçiləri ölkə ərazisində ABŞ tərəfindən hazırlanan qruplaşmaları məhv etdi

İran hərbçiləri ölkə ərazisində ABŞ tərəfindən hazırlanan qruplaşmaları məhv etdi Dünya

İran hərbçiləri ABŞ və İsrail tərəfindən dəstəkləndiyi iddia edilən terrorçu qruplaşmalarını zərərsizləşdiriblər.

News24.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarının komandanı Məhəmməd Kərami açıqlama verib.

Məlumata görə, qabaqlayıcı əməliyyat ölkənin cənub-şərqində və şimal-qərbində aparılıb.

"İslam İnqilabı Keşikçiləri Korpusu və ordu çiyin-çiyinə hərəkət edərək, qabaqlayıcı əməliyyat zamanı bu qruplaşmaların mövqelərini darmadağın edib", - deyə bəyanatda bildirilib.