İran Hörmüz boğazında ABŞ PUA-sını vurdu

İran Hörmüz boğazında ABŞ PUA-sını vurdu Dünya

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazının şərqində ABŞ istehsalı olan MQ-1 pilotsuz uçuş aparatını vurduğunu bildirib.

News24.az xəbər verir ki, qurumun açıqlamasına görə, PUA İranın hava hücumundan müdafiə sistemi tərəfindən aşkarlanaraq vurulub. Hadisənin Sirik şəhəri yaxınlığında baş verdiyi qeyd olunub.

ABŞ ordusu hadisə ilə bağlı hələlik açıqlama verməyib.