İran Hörmüzdə iki ABŞ gəmisini vurdu
Dünya
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazında iki ABŞ gəmisinin, səkkiz tanker və digər 10 gəminin hədəfə alındığını açıqlayıb.
News24.az İran mediasına istinadən xəbər verir ki, bu barədə İnqilab Keşikçiləri Korpusunun mətbuat xidməti bildirib.
Bəyanatda qeyd olunub ki, hücum ABŞ ordusunun Fars körfəzində beş İran tankerinə zərbə endirməsinə cavab olaraq həyata keçirilib.
İran tərəfi həmçinin ABŞ-nin dəstəyi ilə Hörmüz boğazında “qadağan olunmuş zona”dan keçməyə çalışan 10 gəminin də hədəfə alındığını bildirib.