“İran nüvə silahı yaratmağa çalışmır” - Pezeşkian
Dünya
“İran heç bir halda nüvə silahı yaratmağa çalışmır”.
News24.az xəbər verir ki, bu sözləri İslam Respublikasının prezidenti Məsud Pezeşkian “Fox News” telekanalına müsahibəsində deyib.
O, vəfat etmiş İranın ali rəhbəri Əli Xameneinin dəfələrlə dini fətvaya əsasən, kütləvi qırğın silahlarına sahib olmağın qadağan edildiyini vurğuladığını xatırladıb.
Tehranın uranı 60 faizə qədər zənginləşdirməsinin səbəbləri ilə bağlı suala cavab verən dövlət başçısı İranın mövcud zənginləşdirilmiş uran ehtiyatlarını azaltmağa hazır olduğunu bildirib.
Pezeşkian həmçinin İranın nüvə obyektlərində yoxlamalar aparmaq üçün beynəlxalq müfəttişlərin ölkəyə buraxılmasına hazır olduğunu qeyd edib.
“Biz zənginləşdirilmiş uranın həcmini azaltmağa hazır olduğumuzu bəyan etmişik. Bununla bağlı heç bir çətinlik yoxdur. Yoxlamaların aparılması üçün şərait yaratmağa hazırıq”, - deyə Pezeşkian vurğulayıb.