İranı o idarə edir, Xamenei isə… – KİV
Dünya
ABŞ ilə davam edən münaqişə fonunda İranda real qərarvermə səlahiyyəti SEPAH rəhbərliyinin əlində cəmləşir.
News24.az xəbər verir ki, məlumata görə, əsas qərarlar dar çevrədə, Milli Təhlükəsizlik Şurası, ali liderin ofisi və SEPAH komandanlığı tərəfindən verilir. Formal olaraq ölkəyə rəhbərlik edən Müctəba Xamenei isə daha çox bu qərarları legitimləşdirən fiqur kimi çıxış edir.
Mənbələr SEPAH komandanı Əhməd Vahidini əsas təsir sahibi kimi göstərir. Bildirilir ki, bu vəziyyət Tehranın siyasətinin daha da sərtləşməsinə gətirib çıxarır və ABŞ-la razılaşmanı çətinləşdirir.
Danışıqlarda İranı xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqir Qalibaf təmsil etsə də, əsas təsir yenə də SEPAH-da qalır.
Ekspertlərin fikrincə, ölkədə hakimiyyət tədricən dini elita deyil, təhlükəsizlik strukturlarının nəzarətinə keçir. Buna baxmayaraq, İranda daxili parçalanma və ya ciddi etiraz əlamətləri müşahidə olunmur. (Globalinfo.az)