İran və ABŞ arasındakı razılaşmanın şərtləri bəlli oldu

İran və ABŞ arasındakı razılaşmanın şərtləri bəlli oldu Dünya

İran və ABŞ arasında münaqişənin nizamlanmasına dair memorandum 14 bənddən ibarətdir.

News24.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, İran və ABŞ arasında əldə olunan memorandum 30 gün ərzində dəniz blokadasının aradan qaldırılmasını və ABŞ qüvvələrinin İranla həmsərhəd bölgələrdən çıxarılmasını nəzərdə tutur.

Məlumata əsasən, Vaşinqton və onun müttəfiqləri Tehranla əldə olunan razılaşmaya uyğun olaraq, İranın bərpası üçün ən azı 300 milyard dollar həcmində plan təqdim etməlidirlər.