"İran xalqının cəsarətini yüksək qiymətləndiririk” – Netanyahudan etirazçılara mesaj
Dünya
İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında İranda 16 gündür davam edən etirazlarla bağlı açıqlama verib.
News24.az-ın məlumatına görə, o bildirib ki, Təl-Əviv administrasiyası ölkədəki vəziyyəti diqqətlə izləyir və etirazlar artıq bütün İrana yayılıb.
Netanyahunun sözlərinə görə, İsrail cəmiyyəti İran xalqının göstərdiyi cəsarəti yüksək qiymətləndirir. Baş nazir İsrailin İran xalqının azadlıq axtarışını dəstəklədiyini, günahsız mülki şəxslərə qarşı zorakılığı isə qətiyyətlə pislədiyini vurğulayıb.
O, İran xalqının yaxın zamanda zülmdən azad olacağına ümid etdiyini bildirərək, həmin gün gəldikdə İsrail və İranın yenidən yaxın müttəfiqlərə çevrilə biləcəyini iddia edib.