İranda koronavirusdan ölüm halları - AZALDI

İranda koronavirusdan ölüm halları - AZALDI Dünya
İranda gün ərzində 123 nəfər koronavirusundan ölüb.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə  İranın səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə deyib. O bildirib ki, ölkədə xəstəlik nəticəsində ölənlərin sayı 1500 nəfəri ötüb.

Bilriilib ki, bu rəqəm İranda xəstəlik yayılandan sonrakı ən aşağı göstəricidir:"Ötən gün günorta saatlarından bu günə qədər ölkədə 966 yeni koronavirus infeksiyası aşkar edilib. Yoluxma halların sayı 20 min 610-a yüksəlib. 123 xəstənin ölümünü nəzərə alsaq, xəstəlik qurbanların ümumi sayı 1556-ya çatıb".