İranda partlayış səsləri eşidildi - ABŞ hücuma keçib?
Dünya
İranın Hörmüz körfəzində əsas neft ixrac terminallarından birinin yerləşdiyi Xark adası yaxınlığında partlayış səsləri eşidilib.
News24.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, təxminən bir saat əvvəl Xark adası ərazisində bir neçə partlayış baş verib.
Partlayış səslərinin Hörmüz körfəzi istiqamətindən gəldiyi bildirilsə də, ərazidə tüstü və ya yanğın müşahidə olunmayıb. Partlayışların mənbəyi hələlik müəyyən edilməyib.
İran Tələbə Xəbər Şəbəkəsi isə ABŞ-nin Xark adası sahillərində kiçik neft tankerinə zərbə endirdiyini iddia edib.
Məlumata görə, hücum nəticəsində ölən olmayıb.