İranda silahlı hücumda 2 əsgər öldü

İranda silahlı hücumda 2 əsgər öldü Dünya
İranın Sistan-Bəlucistan əyalətində silahlı hücum olub.

News24.az xəbər verir ki, bu barədə məlumatı İran Tələbələr Xəbər Agentliyi (İSNA) yayıb.

Məlumata görə, hadisə nəticəsində 2 əsgər həlak olub, 1 əsgər isə yaralanıb.

İran rəsmisi qeyd edib ki, hələlik şəxsiyyətləri müəyyən edilməyən hücumçuların tutulması istiqamətində işlər aparılır.

Qumral Əliyeva