"İranın zənginləşdirilmiş uranı ABŞ-də məhv edilməlidir"
Dünya
İranın zənginləşdirilmiş uran ehtiyatlarının ya ABŞ ərazisində, ya da başqa bir ölkədə qısa müddətdə məhv edilməli olduğu bildirilib.
News24.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Zənginləşdirilmiş uran dərhal ABŞ-yə təhvil verilməlidir. Daha sonra biz onu öz ərazimizə gətirib məhv edəcəyik. Digər və daha arzuolunan variant isə uranın İran ərazisində və ya bunun üçün uyğun hesab edilən başqa bir yerdə məhv edilməsi məqsədilə İranla əməkdaşlıq etməkdir”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, bu prosesə MAQATE və ya oxşar beynəlxalq qurum nəzarət etməlidir.
Qeyd edək ki, İran tərəfi son günlər nüvə məsələsi ilə bağlı ABŞ ilə hər hansı razılaşmanın olmadığını dəfələrlə bəyan edib.